"Sabah"ı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq "KuPS"la (Finlandiya) cavab matçında 50-yə yaxın azarkeş dəstəkləyəcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq klubdan bildirilib.
Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda keçirilən ilk görüşdə "Sabah" 1:0 hesablı qələbəyə sevinib.
"KuPS" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda baş tutacaq.