UEFA Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib.
“Report”un məlumatına görə, İspaniyanın “Atletik” klubu doğma meydanda İngiltərə təmsilçisi “Mançester Yunayted”ə böyük hesabla məğlub olub.
Digər oyunda “Tottenhem” Londonda “Budyo Qlimt”ə heç bir şans verməyib.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
"Tottenhem" (İngiltərə) - "Budy-Qlimt" (Norveç) 3:1
"Atletik" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:3
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 8-də keçiriləcək.