Türkiyədə azarkeşləri daşıyan mikroavtobus qəzaya düşüb, 2 nəfər ölüb - VİDEO

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyənin "Ankaragücü" futbol komandasının azarkeşlərini daşıyan mikroavtobus qəzaya düşüb.

"Report"un məlumatına görə, başqa bir avtomobilin arxadan çırpılması nəticəsində mikroavtobus aşıb. Nəticədə 2 nəfər ölüb, 23-ü yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, azarkeşlər paytaxt Ankaraya Antalyadan qayıdırmışlar. "Ankaragücü" "Antalyaspor"la keçirdiyi Superliqanın XXIV tur matçında 4:2 hesabı ilə qalib gəlib. 

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52