Türkiyə millisinin üzvü MOİK-dən ayrılıb

Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı Rusiya MOİK-indən ayrılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu Fransa "Lill"i ilə razılığa gələ bilməyib.

Təcrübəli oyunçu Liqa 1 təmsilçisinə qayıdıb.

Qeyd edək ki, Yusuf Yazıcı bu ilin qışında icarə əsasında MOİK-ə keçmişdi.

Digər xəbərlər