Türkiyə millisinin sabiq baş məşqçisi vəfat edib

1990–1993-cü illər aralığında futbol üzrə Türkiyə millisinin baş məşqçisi kimi çalışan Zepp Piontek vəfat edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 85 yaşlı mütəxəssis uzun sürən xəstəlikdan sonra dünyasını dəyişib.

Piontekin ailəsi onun xəstəlik səbəbindən dünyasını dəyişdiyini Danimarka mətbuatına təsdiqləyib.

O, 1979–1990-cı illərdə Danimarka yığmasını çalışdırıb. Bundan başqa, Zepp Piontek Türkiyədə "Bursaspor" kollektivinə də rəhbərlik edib.

Digər xəbərlər