Türkiyə millisi ciddi itki ilə üzləşib

İngiltərənin "Everton" klubunun futbolçusu Cenk Tosun Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb. 

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı hücumçunun zədəli olmasıdır. Forvard Yunanıstanı 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununda xəsarət alıb. 

Cenk Tosun AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçda iştirak etməyəcək. 

Qeyd edək ki, H qrupunda mübarizə aparan Türkiyə iki oyundan sonra 6 xal toplayıb.

Digər xəbərlər

Napoli yeni transferini açıqlayıb 25 yanvar, 2026 / 13:25