Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı. 23 may. REPORT.AZ/ Türkiyənin "Göztəpə" klubunun yeni baş məşqçisi bəlli olub. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, İzmir təmsilçisi Bayram Bektaşa tapşırılıb.

44 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Tamer Tunanı əvəzləyib. 

Qeyd edək ki, Bayram Bektaş daha öncə "Elazığspor" və "Qaziantep Böyükşehir Belediyespor"da baş məşqçi vəzifəsində işləyib. 

Digər xəbərlər