"Turan Tovuz"un futbolçusu Ehtiram Şahverdiyev zədələnib.
"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Bakıda "Neftçi"yə qarşı keçirilən Azərbaycan Premyer Liqasının IX tur oyununda sıradan çıxıb.
58-ci dəqiqədə ikili mübarizə zamanı xəsarət alan futbolçu meydanı xərəkdə tərk edib. Onu Abbas Ağazadə əvəzləyib.
Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab açılmayıb.