Tomas Müller "Bavariya"nın tarixinə düşüb

"Bavariya"nın "Auqsburq"a 1:2 hesabı ilə uduzduğu Almaniya Bundesliqasının XII tur matçı Münhen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub.

"Report" "Opta"ya istinadən xəbər verir ki, son ölkə çempionunun heyətində 600-cü oyununu keçirən 32 yaşlı hücumçu komandanın tarixinə düşüb.

Almaniya millisinin üzvü hazırda bu göstərici ilə sahə oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb. O, yalnız qapıçılar Zepp Mayer (661 oyun) və Oliver Kandan (632) geri qalır.

Qeyd edək ki, "Bavariya" 28 xalla Bundesliqaya başçılıq edir.

Digər xəbərlər

Aleksis Sançes Monreala keçib 11 avqust, 2026 / 10:10