İngiltərə təmsilçisi "Liverpul"un futbolçusu Məhəmməd Salaha Səudiyyə Ərəbistanının aparıcı klublarından biri tərəfindən rekord məbləğdə müqavilə təklif edilib.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, adı açıqlanmayan Asiya klubu misirli hücumçuya həftəlik 2,8 milyon avro maaş verməyə hazırdır.
Bu məbləğ ildə təxminən 137 milyon avroya bərabərdir.
Təklif hələ ki, rəsmən təsdiqlənməsə də, ərəb klublarının Salahı transfer etmək istəyinin davam etdiyi bildirilir.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.