"Səbail" Rail Əmirquliyevi heyətinə qatıb

Azərbaycanın I Liqa təmsilçisi "Səbail" Rail Əmirquliyevi heyətinə qatıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 ildir.

Qeyd edək ki, 2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən paytaxt təmsilçisinin yeni oyunçusu son olaraq "Şahdağ Qusar"da çıxış edib.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52