"Səbail"in hücumçusu: "Qarabağ"a texniki məğlubiyyətin veriləcəyi xəbərini bayram etmədik"

Bakı.20 oktyabr. REPORT.AZ/ “Çox yaxşı oyunoldu. Hər kəs “Qarabağ”ı tanıyır. Biz gözəl oynamağa çalışdıq. Düşünürəm ki,matça tamaşa etməyə gələn hər kəs razı qaldı. "Səbail" yeni birkomandadır, “Qarabağ” kimi hədəflərimizyoxdur. Ən başlıcası odur ki, layiqincə çıxış etdik”.

"Report"unməlumatına görə, bunu "Səbail”in futbolçusu Ruslan Qurbanov səfərdə“Qarabağ”a 0:1 hesabı ilə uduzduqları, lakin rəqibin adı protokolda olmayanoyunçunu meydana buraxması səbəbindən texniki qələbə əldə edəcəkləri AzərbaycanPremyer Liqasının VIII tur matçından sonra keçirdiyi birifinqdə bildirib.

27yaşlı hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb:

-Matçın sonuna qədər “Qarabağ”da Peşəkar Futbol Liqasının rəsmi saytında dərcolunmuş oyunöncəsi heyətində adı göstərilməyən futbolçunun olduğunu bildiniz?

-Açığı, uşaqlar oyundan sonra paltardəyişmə otağında dedilər. Bu, bir tərəfdənyaxşıdır, digər tərəfdən, başa düşürük ki, “Qarabağ” qələbəyə layiq idi.Hamının belə səhvləri ola bilər. Ancaq gələcəkdə heç bir komandaya belə hallaüzləşməyi arzulamıram. Bu, bizim komanda ilə görüşlərdə ikinci belə haldır. Yenəbəxtimiz gətirdi.

- Buhalın davam etməsini istərdiniz?

-Xeyr. Mən belə davam etməsini istəməzdim. Biz öz oyunumuz, əməyimizlə qələbəqazanmaq istərdik. 

-Meydandan çıxarkən yaxşı əhval-ruhiyyədə deyildiniz. “Qarabağ”a texniki məğlubiyyətinveriləcəyi xəbərini eşidəndə əhvalınız yaxşı oldu?

-Yox. Biz bayram etmədik. Çünki hər kəsin belə bir halla üzləşəcəyini bilirik.“Qarabağ” qapımıza qol vuranda özüm də üzüldüm, top mənim də ayağımdan sıçrayıbkeçdi. Oyunun sonuna qədər qol vurmağa çalışdım. Lakin “Qarabağ” yaxşı müdafiəolundu.

- Beləqələbələrdən sonra "Səbail”də futbolçulara mükafat verilir?

-Mükafat barədə hər hansı söhbət olmayıb. Klub mükafat verməyi vacib saysa, minnətdarolarıq.

Digər xəbərlər