Bakı. 11 avqust. REPORT.AZ/ "Səbail" klubunun futbolçusu Ağabala Ramazanov əməliyyat olunub.
Klubun mətbuat katibi Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, 25 yaşlı hücumçu apendisitdən əməliyyat keçirib.
Qeyd edək ki, 2017-2018 mövsümünü "Qarabağ"da keçirən Ağabala Ramazanov yay fasiləsində "Səbail" klubuna keçib.