"Səbail" "Boka Xuniors"un sabiq futbolçusunu transfer edib

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.

29 yaşlı vingerlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Kiprin "Etnikos" klubunda çıxış edən təcrübəli oyunçu ölkəsində "Boka Xuniors", "Oll Boyz", Bolqarıstanda "Levski" (Sofiya) komandalarının da formasını geyinib.

Digər xəbərlər