Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Səbail" klubu Antalyada sonuncu yoxlama oyununu keçirib.
"Report" xəbər verir ki, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub.
Oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Səbail”in qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.
Xatırladaq ki, "Səbail" yanvarın 28-i Antalya toplanışını yekunlaşdıraraq günorta saatlarında vətənə dönəcək.