"Səbail" Kiprdən afrikalı hücumçu transfer edir

"Səbail" yay fasiləsində ilk futbolçu transferini gerçəkləşdirməyə yaxındır.

"Report"un məlumatına görə, "dənizçilər" Kiprin "Etnikos" klubunda çıxış edən kot d ivuarlı hücumçu Qoba Zakpa ilə anlaşıb. 30 yaşlı forvardla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

2020-ci ildən "Etnikos"da çıxış edən afrikalı oyunçu 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir.

Qeyd edək ki, Qoba Zakpa daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.

Digər xəbərlər