Şahin Diniyev "Səbail"in baş məşqçi postundan istefa verib

"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.

"Report"un məlumatına görə, 58 yaşlı mütəxəssis qərarını Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə məğlubiyyətdən sonra açıqlayıb.

Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, "Səbail" hazırda 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Sonuncu - 10-cu olan "Kəpəz" isə 6 xala malikdir.

Digər xəbərlər

Ramos Parisə qayıda bilər 04 yanvar, 2026 / 09:14