Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir

Misli Premyer Liqasında X tura bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu oyunda "Sumqayıt" "Şəfa"nı qəbul edəcək.

Qarşılaşma "SOCAR Polymer Arena"da, saat 19:00-da start götürəcək.

"Gənclik şəhəri" təmsilçisi 8 xalla 9-cu pillədə qərarlaşıb. Qonaqlar 3 xalla 11-cidir.

Misli Premyer Liqası

I dövrə, X tur

2 noyabr

19:00. "Sumqayıt" – "Şəfa"

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Gülnurə Əkbərzadə.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Törə Əhmədova.

"SOCAR Polymer Arena"

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun digər matçlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Neftçi" "Şamaxı"nı (3:2), "Kəpəz" "İmişli"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Digər xəbərlər