"Liverpul" sol cinah müdafiəçisinin transferini nəzərdən keçirir

İngiltərənin "Liverpul" klubunun rəhbərliyi müdafiə xəttinin sol cinahını gücləndirməyi planlaşdırır.

"Report" "Elnacional" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi qeyri-sabit çıxış edən Miloş Kerkezə layiqli rəqib tapmağı hədəfləyir.

Premyer Liqa klubunun namizədləri siyahısında Lyuis Holl ("Nyukasl"), Federiko Dimarko ("İnter", İtaliya), Malik Dius ("Brentford"), Alvaro Karreras ("Real", İspaniya) və Maksimiliano Arauxo ("Sportinq") yer alır.

Bu oyunçulardan biri ilə bağlı mümkün transfer danışıqları yanvarda gerçəkləşə bilər.

Xatırladaq ki, "Liverpul" Premyer Liqada 9 oyundan sonra 15 xalla beşinci pillədə qərarlaşıb.

Digər xəbərlər