Bakı. 9 oktyabr. REPORT.AZ/ 2018-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üçün seçmə mərhələsi çərçivəsində II turun son 9 oyunu keçirilib.
"Report"un məlumatına görə, bu gecə "C", "E" və "F" qrupunda çıxış edən komandalar mübarizə aparıb.
"C" qrupunun ilk oyununda Azərbaycan millisi Norveçi yendikdən sonra gözlər Almaniyaya yönəlib. Hamburqda son dünya çempionları Çexiyanı sınağa çəkib. Görüş Bundestimin ilk turda olduğu kimi, böyükhesablı qələbəsi ilə yekunlaşıb. Şimali İrlandiya isə San Marinonu darmadağın edib. Beləliklə, millimiz 2 turdan sonra Almaniya ilə "C" qrupuna maksimum xalla başçılıq edir.
"E" qrupunda Danimarka səfərdə Polşaya uduzaraq, liderliyi əldən verib. Əvəzində Monteneqro evdə, Rumıniya səfərdə 5:0 hesablı qələbə sayəsində Polşanın yeni liderliyinə şərik olub.
"F" qrupunda gözlənilməz nəticə Şotlandiyanın evdə Litvanı yenə bilməməsi olub. Britaniyalılar məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarıblar. Əvəzində İngiltərə Maltanı, Slovakiya isə Sloveniyanı əliboş yola salıb.
Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur
"C" qrupu
20:00. Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 11
Bakı. Bakı Olimpiya Stadionu