Ronaldu komandasının məşqindən şəkil paylaşdı - FOTO

Turin "Yuventus”unun portuqal hücumçusu Kriştianu Ronaldu komandanın yeni məşqinə çıxıb.

“Report” xəbər verir ki, futbolçu məşqlə bağlı fotonu və fikrini özünün “Instagram”dakı səhifəsində paylaşıb.

"Həmişə müsbət düşünün!" - hücumçu şəklə rəy olaraq yazıb.

Qeyd edək ki, Ronaldu koronavirus pandemiyasına görə dayandırılmış mövsümdə Turin komandasında 32 matç keçirib. Hücumçu oyunlarda 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

A Seriyası iyunun 13-ü və ya 20-də yenilənə bilər. 

Digər xəbərlər

Napoli yeni transferini açıqlayıb 25 yanvar, 2026 / 13:25