"Real"ın prezidenti postunu erkən tərk edəcək

"Real"ın prezidenti Florentino Peresin səlahiyyət müddəti 2028-ci ildə başa çatsa da, 2026-cı ildə postunu tərk etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə insayder Pepe Alvares sosial şəbəkədəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Peres klub üzvlərinin referenduma dəstək verib-verməməsindən asılı olmayaraq, hakimiyyətin nizamlı şəkildə ötürülməsini istəyir.

78 yaşlı Peres ilk dəfə 2000-ci ildə "Real"ın prezidenti olub və altı il bu vəzifəni icra edib. 2009-cu ildə o, yenidən rəqibsiz seçilib.

Onun fəaliyyəti dövründə klub 37 kubok, o cümlədən Çempionlar Liqası, İspaniya La Liqası və İspaniya Superkuboku, altı UEFA Superkuboku, beş FIFA Klublararası Dünya Kuboku, üç Kral Kuboku və iki Qitələrarası Kubok qazanıb.

Digər xəbərlər