"Real Madrid"in hücumçusu yenə zədələndi

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Eden Azar növbəti dəfə sıradan çıxıb.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, sol ayaq əzələsindən zədələnən belçikalı hücumçunun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Bu halda 31 yaşlı forvard İtaliya "Atalanta"sı ilə Çempionlar Liqasının 1/8 final məhrələsinin ilk oyununu (24 fevral) və "Atletiko" ilə La Liqa matçını (7 mart) buraxa bilər.

Qeyd edək ki, cari mövsümdə cəmi 8 oyun keçirən Eden Azar 2 qol vurub.

Digər xəbərlər

Napoli yeni transferini açıqlayıb 25 yanvar, 2026 / 13:25