İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.
"Report" "Marca"ya istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə matçda baş hakimi təhqir etməsi səbəb olub.
İngiltərəli oyunçu 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçilərini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.
Görüşdən sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellinqem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini söyləyiblər.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.