Ramil Şeydayev: "Heç nədən razı deyilik"

Ta Qali. 11 sentyabr. REPORT.AZ/ "Səfərdə 1:1 oynadıq. Nəticədən narazıyıq. Əslində, heç nədən razı deyilik".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasında Malta yığmasıyla səfərdə 1:1 hesablı heç-heç etdikləri matçdan sonra deyib.

İkinci hissədə meydana çıxan gənc hücumçu qol vurmaq istəyinin böyük olduğunu söyləyib: "Baş məşqçi məni meydana buraxanda qol vurmaq tapşırığını vermişdi. Buna köklənmişdim, ancaq alınmadı. Kosova qalib gəldi, biz də qalib gəlməliyik. Ümid edirəm ki, növbəti matçda buna nail olacağıq".

Digər xəbərlər

AFFA prezidenti Sabahı təbrik edib 26 avqust, 2026 / 00:44
Ran Kojuk: Sabahla oyun asan olmadı 26 avqust, 2026 / 00:20