"Rakuv" Mahir Emrelini icarəyə götürüb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi rəsmiləşib.

"Report"un əldə etdiyi məlumata görə, Ekstraklasa təmsilçisi 29 yaşlı hücumçunu 1 illik icarəyə götürüb.

Çenstoxova şəhərinin klubu mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir.

Emreli artıq "Rakuv"la rəsmi müqavilə imzalayıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.

Digər xəbərlər

Şəfa Tiaqo Silvanı transfer edib 25 sentyabr, 2026 / 14:18