Qravina növbəti dəfə İtaliya Futbol Federasiyasının prezidenti seçildi

İtaliya Futbol Federasiyasına prezident seçkilərinin nəticələri açıqlanıb.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, federasiyanın hazırkı rəhbəri Qabriele Qravina növbəti dəfə bu vəzifəyə seçilib.

Səslərin 73,45 faizini toplayan funksioner qarşıdakı 4 ildə də quruma başçılıq edəcək. Onun rəqibi Kosimo Sibilia isə cəmi 26,25 faiz səs yığıb.

Qeyd edək ki, Qabriele Qravina 2018-ci il oktyabrın 16-dan İtaliya Futbol Federasiyasının prezidentidir. O, həmin vaxt istafeya göndərilmiş Karlo Tavekkyonu əvəzləyib.

Digər xəbərlər