Norveçin II Liqasında "Yullern" və "Sotra" komandaları arasında keçirilmiş oyunda maraqlı hadisə baş verib.
"Report"un məlumatına görə, qonaqların qapıçısı Morten Qrasmo matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə başı üzərindən aşırma zərbə ilə komandasını məğlubiyyətdən xilas edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 27 yaşlı norveçli qolkiper bütün peşəkar karyerasını "Sotra" klubunda keçirib.