Qitələrarası Kuboku qazanan PSJ-dən təbrik mesajı

Fransanın PSJ klubu FİFA Qitələrarası Kubokun Qətərdə baş tutan finalında Braziliyanın "Flamengo" komandasına qalib gəldikdən sonra (1:1, penaltilərdə 2:1) paltardəyişmə otağından azarkeşlərə mesaj göndərib.

Bu barədə "Report" xarici mediaya istinadən xəbər verir.

"Təşəkkür, Doha. PSJ Qitələrarası Kubok çempionudur", - təbrik mesajında deyilir.

PSJ titulu tarixində ilk dəfə qazanıb.

Digər xəbərlər