"Qəbələ"nin sabiq futbolçusu məşqçiliyə başladı

"Qəbələ" klubunun sabiq futbolçusu Aleksey Antonov məşqçiliyə başlayıb. 

"Report"un məlumatına görə, 34 yaşlı ukraynalı keçmiş hücumçu ölkəsinin "Çernomorets" klubu ilə anlaşıb. O, baş məşqçi Sergey Kovaletsin köməkçisi olacaq. 

Qeyd edək ki, Aleksey Antonov 2015/2016 mövsümündə "Qəbələ"nin formasını geyinib. O, əyalət təmsilçisində 49 oyun keçirib və 8 qol vurub. 

Digər xəbərlər