"Qarabağ" və "Neftçi" komandalarının oyununda VAR sistemi sınaqdan keçirilib

Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi növbəti dəfə sınaqdan keçirilib.

"Report"un məlumatına görə, sınaq testi “Qarabağ” və “Neftçi”nin U-17 komandalarının yoldaşlıq oyununda baş tutub.

“Azersun Arena”dakı qarşılaşmanı Rəvan Həmzəzadə idarə edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan U-17 – “Şamaxı” U-19 matçında VAR sistemindən istifadə olunub.

Digər xəbərlər