"Qarabağ" "Sürix"lə oyunda ciddi itki ilə üzləşib

"Qarabağ"ın futbolçusu Kevin Medina sıradan çıxıb.

"Report"un məlumatına görə, kolumbiyalı müdafiəçi İsveçrədə "Sürix"ə qarşı keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib.

Oyunu davam etdirə bilməyən 29 yaşlı futbolçu 45-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. Medina meydanı gözyaşları ilə tərk edib.

Qeyd edək ki, hazırda hesab meydan sahiblərinin xeyrinədir - 1:0.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52