"Qarabağ"ın legionerləri ölkəni tərk edir

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XIII turundan sonra futbolçularını istirahətə buraxıb.

"Report"un məlumatına görə, artıq bu gündən etibarən əcnəbi oyunçular ölkəni tərk etməyə başlayacaq.

Komanda 2021-ci il yanvarın 5-də Bakıda "Azərsun Arena"da bir araya gələcək. Legionerlər isə bir-iki gün sonra komandaya qoşulacaq.

Qeyd edək ki, "Qarabağ" XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub edib. Premyer Liqada XIV tur yanvarın 21-də olacaq.

Digər xəbərlər