"Qarabağ"ın futbolçusu Filip Ozobiç zədələnib.
"Report"un məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə keçirdikləri cavab matçında xəsarət alıb.
Onun yerinə 24-cü dəqiqədə meydana Dani Kintana daxil olub.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 1:0. İrlandiyadakı ilk matç 1:1 hesabı ilə yekunlaşıb.