"Qarabağ"a 4 qol vuran futbolçu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

İngiltərənin "Nyukasl" klubunun futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, pley-off mərhələsinin "Qarabağ"a qarşı keçirilən oyununda (6:1) 4 qol vuraraq vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, ingiltərəli futbolçu səsvermədə Due Dezire (PSJ), Kasper Heq ("Budyo Qlimt") və Patrik Şiki ("Bayer 04") qabaqlayıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32