PSJ prezidenti Vitinyanı "Real"a satmaqdan imtina edib

Portuqaliya millisinin futbolçusu Vitinya İspaniyanın "Real" klubuna keçməyəcək.

"Report" "The Touchline"a istinadən xəbər verir ki, yarımmüdafiəçi Fransa təmsilçisi PSJ-də qalacaq.

Ölkə çempionunun prezidenti Nasser Əl-Xelaifi 26 yaşlı oyunçunu "Kral klubu"na satmaq niyyətində deyil.

Qeyd edək ki, Vitinya bu mövsüm PSJ-də 36 oyun keçirib, 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52