"Neftçi"nin qapıçısı zədələnib

“Neftçi”nin qapıçısı İvan Brkiç zədələnib.

"Report"un məlumatına görə, 28 yaşlı qolkiper "Sumqayıt"a qarşı keçirəcəkləri Premyer Liqanın XIII turunun oyunundan əvvəl məşq prosesində sıradan çıxıb.

Bud nahiyəsində kəskin dartılmadan əziyyət çəkən xorvatiyalı 2 həftədən sonra məşqlərə qatılacaq.

Qeyd edək ki, bu gün reallaşacaq "Neftçi" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək.

Digər xəbərlər