“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub

“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

"Ağ-qaralar"dan "Report"a verilən məlumata görə, Nikolay Qriqori ilə 2 illik müqavilə imzalanıb.

33 yaşlı rumıniyalı mütəxəssis baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən biri olacaq.

Qeyd edək ki, bundan əvvəl Viorel Dinu köməkçi məşqçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin edilib.

Digər xəbərlər