"Neftçi"nin kapitanı "Qarabağ"la oyunda zədələnib

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.

"Report"un məlumatına görə, yarımmüdafiəçi "Qarabağ"a qarşı Premyer Liqanın XXV turunun matçında sıradan çıxıb.

Kapitan 51-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Eddi İsrafilov daxil olub.

Qeyd edək ki, "Qarabağ" hazırda hesabda öndədir - 1:0.

Digər xəbərlər