Bakı. 25 yanvar. REPORT.AZ/ “Neftçi” klubu futbolçu Namik Ələskərovla mövsümün sonunda bitəcək müqavilənin müddətini daha 1 il artırıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunadək nəzərdə tutulan yeni anlaşmaya imza atıb.
Qeyd edək ki, Namik Ələskərov 2017-ci ilin yanvarından “Neftçi”də çıxış edir.