"Monako"nun baş məşqçisi koronavirusa yoluxdu

Fransanın "Monako" klubunun baş məşqçisi Niko Kovaçda koronavirus aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə "LEquipe" nəşri məlumat yayıb.

Daha əvvəl komandanın iki nümayəndəsinin virusa yoluxduğu bildirilib.

Adları açıqlanmayan şəxslər karantinə alınıblar.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52