Azərbaycan millisinin futbolçusu Qazaxıstan klubu ilə müqavilə imzalayıb

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Aysun Əliyevanın yeni klubu müəyyənləşib. 

"Report" AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Əliyeva Qazaxıstanın "Okjetpes" komandasına keçib. 

Onunla 6 aylıq müqavilə imzalanıb. 

Qeyd edək ki, daha öncə yığmanın digər üzvləri Nərgiz Hacıyeva, Manə Mollayeva və Vüsalə Seyfəddinova Rusiyanın "Ryazan" klubu ilə 5 aylıq müqaviləyə qol çəkib. 

Digər xəbərlər