Portuqaliya İspaniyaya məğlubiyyətdən qurtulub, Norveç səfərdə Serbiyanı udub

UEFA Millətlər Liqasının ilk turunda daha 10 oyun keçirilib.

"Report"un məlumatına görə, A Liqasında 2, B Liqasında 3, C Liqasında 4, D Liqasında isə 1 matç gerçəkləşib.

Günün mərkəzi oyunu İspaniya və Portuqaliya komandaları arasında olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 25-ci dəqiqədə Alvaro Moratonun vurduğu qola qonaqlar 82-ci dəqiqədə Rikardu Ortanın dəqiq zərbəsi ilə cavab veriblər.

A Liqasının 2-ci qrupunun digər matçında Çexiya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

B Liqasında Norveç səfərdə Serbiyanı 1:0, İsveç Sloveniyanı 2:0 hesabı ilə yendiyi halda, İsrail evdə İslandiyaya məğlubiyyətdən yaxa qurtarmağı bacarıb - 2:2.

C Liqasında yalnız Gürcüstan evdə Cəbəllütariq üzərində qələbə qazanmağı bacarıb - 4:0. Əvəzində Kipr Kosovoya 0:2, Şimali İrlandiya Yunanıstana 0:1 hesabı ilə uduzub, Bolqarıstan isə Şimali Makedoniya ilə heç-heçə edib - 1:1.

Nəhayət, D Liqasında Estoniya öz meydanında San-Marinonu üstələyib.

UEFA Millətlər Liqası

I tur

A Liqası

2-ci qrup

22:45. İspaniya - Portuqaliya - 1:1

Qollar: Alvaro Morata, 25 - Rikardu Orta, 82

Digər xəbərlər