Messi bacarığını stolüstü tennisdə də göstərib - VİDEO

Bakı. 5 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi istedadını stolüstü tennisdə də göstərib.

"Report"un məlumatına görə, reklam çəkilişi zamanı argentinalı hücumçu su qabı üzərində dayanan pinq-ponq topunu dəqiq hədəf alıb. Hərəkəti lazımınca yerinə yetirmək üçün ona 2 zərbə kifayət edib.

Qeyd edək ki, bu mövsüm Lionel Messi "Barselona"nın heyətində La Liqada 24 oyuna 25 qol və 13 məhsuldar ötürmə müəllifi olub. Hazırda Kataloniya təmsilçisi 60 xalla liderdir. 

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52