Tanınmış futbolçu artıq çəkiyə görə "Real Madrid"də əsas heyət oyunçusu statusunu itirib

Bakı. 21 yanvar. REPORT.AZ/ İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Santyaqo Solari futbolçu Marselonu “11-lik”dən kənarlaşdırıb.

“Report” “Onda Cero”ya istinadən xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin 6 kq artıq çəkiyə malik olmasıdır. Braziliyalı oyunçu bu üzdən madridlilərin La Liqanın XX turunda “Sevilya”nı evdə 2:0 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyatda qalıb.

Marselo bu mövsüm meydana çıxdığı 11 çempionat oyununda 2 qol vurub və eyni sayda məshuldar ötürmə verib. “Real Madrid” hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha öncə Marselonun karyerasını İtaliya “Yuventus”unda davam etdirmək istədiyi və Kriştianu Ronaldu ilə təkrar komanda yoldaşı olmağı arzuladığı bildirilirdi.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31