"Mançester Yunayted"in hücumçusu oktyabr ayının ən yaxşısı seçilib

İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Brayan Mbemo oktyabr ayının ən yaxşısı seçilib.

"Report" İngiltərə Premyer Liqasına istinadən xəbər verir ki, futbolçu 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Mançester Yunayted" oktyabr ayında ölkə çempionatında keçirdiyi 3 matçın hər birində qələbə qazanıb.

Qeyd edək ki, Mançester təmsilçisi hazırda turnir cədvəlində 19 xalla ikinci pillədə qərarlaşıb.

Digər xəbərlər