"Mançester Siti" İspaniya klubunun futbolçusu üçün böyük məbləğ təklif etməyə hazırlaşır

İngiltərənin "Mançester Siti" klubu "Real"ın (İspaniya) futbolçusu Rodriqonun transferi üçün böyük məbləğ təklif etməyə hazırlaşır.

"Report" "Transfer News Live"yə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı braziliyalı üçün 70 milyon funt-sterlinq (təxminən 80 milyon avro) məbləğində təklif hazırlayır.

İngiltərə klubunun rəhbərliyi artıq yanvarda, qış fasiləsində sövdələşməni həyata keçirməyi planlaşdırır.

Rodriqo ilə İngiltərənin digər klubları - "Arsenal" və "Liverpul" da maraqlanır.

Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla ikincidir.

Digər xəbərlər