İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqasında son 14 ev matçında ilk dəfə Almaniya komandasına uduzub.
"Report" "Stata Football"a istinadən xəbər verir ki, bu, liqa mərhələsinin V turunda ötən gün baş tutan "Bayer 04" (0:2) ilə matçda reallaşıb.
Mançester təmsilçisi sonuncu dəfə 2013-cü ildə Xosep Qvardiolanın rəhbərlik etdiyi "Bavariya"ya məğlub olmuşdu. Həmin vaxtdan bəri İngiltərə klubu Almaniya komandalarına qarşı keçirdiyi oyunlarda 13 qələbə qazanıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Turnirin son qalibi Fransanın PSJ klubudur.