Lukaku Ronaldonun rekordunu yenilədi

İtaliya A Seriyasının 15-ci turunun "Krotone" ilə oyunu "İnter"in futbolçusu Romelu Lukaku üçün əlamətdar olub.

"Report" xəbər verir ki, belçikalı hücumçu Milan təmsilçisində yeni rekord müəyyənləşdirib.

"İnter"in 6:2 hesabı ilə qalib gəldiyi matçda fərqlənən Lukaku bu komandanın heyətində daxili turnirlərdə 50-ci qolunu vurub. Təcrübəli oyunçu bu göstəriciyə 70-ci matçında nail olub.

Qeyd edək ki, bu rekord daha əvvəl braziliyalı hücumçu Ronaldoya məxsus olub. Veteran hücumçu "İnter"də 77 oyuna 50 qol vurub.

Digər xəbərlər

Bavariyada məşqçi təyinatı olub 02 yanvar, 2026 / 13:31