"Liverpul"un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanında çalışacaq

İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Brendan Rocers Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Qadisiya"nı çalışdıracaq.

"Report"un "Aawsat"a istinadən məlumatına görə, tərəflər artıq razılığa gəliblər.

Rəsmi müqavilə yaxın günlərdə elan ediləcək. Mütəxəssis yeni postunda Xose Migel Qonsalesi əvəzləyəcək. 62 yaşlı məşqçi Səudiyyə Ərəbistanı komandasına 2023-cü ildən rəhbərlik edirdi.

Qeyd edək ki, komanda hazırda Pro Liqada 5-ci pillədədir. 52 yaşlı B.Rocers oktyabrda "Seltik"dən ayrıldıqdan sonra işsiz qalıb.

Digər xəbərlər